ABŞ Somali sahillərinə desant çıxarıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kontingent 5 000 hərbçidən ibarətdir. Həm quruda, həm suda xidmət edən amfibik birlik ABŞ-ın Afrika Qüvvələri Komandanlığına (AFRICOM) tabedir. Heyəti 4 hərbi gəmi daşıyır.
Rəsmi açıqlamada məqsəd kimi regiondakı ekstremist qüvvələrlə mübarizə və ABŞ qüvvələrinin digər Afrika ölkələrinə nəql edilməsi göstərilib.