"WhatsApp"ın iOS beta versiyasının yenilənməsi ilə bir sıra xüsusiyyətləri ortaya çıxıb.

Unikal.org xəbər verir ki, yeniləmə ilə beta versiya "2.21.10.23" halına gətirilib.

"WhatsApp"ın ən son iOS beta versiyasında sınaqdan keçirilən funksiya birdən çox foto və ya videonun asanlıqla göndərilməsinə imkan verir. Bununla iPhone istifadəçiləri "Şəkillər" tətbiqindəki foto və videoları seçib "Kopyala" düyməsi vasitəsilə  məzmunu birbaşa WhatsApp-dan göndərə biləcəklər.  "WhatsApp"ın son iOS beta versiyasında ortaya çıxan digər funksiya isə qrup zənglərinə sonradan qoşulmağı mümkün edir. Hazırda test mərhələsində olan xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi  hələlik məlum deyil.

Sözügedən funksiyaların sabit versiyada nə zaman tətbiq olunacağı isə açıqlanmayıb.