Ermənistanda müxalif siyasətçi İstintaq Komitəsinə çağırılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu siyasətçi müxalif Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyandır.

O, komitəyə çağırılması barədə özü məlumat verib. İ.Saqatelyan qeyd edib ki, səbəb kimi onun dünənki mitinqdə çıxışı zamanı nitqində cinayət elementləri olub-olmamasının araşdırılması göstərilib. Müxalifətçi bunu siyasi təzyiq kimi qiymətləndirib.