Rusiya ilə Kolumbiya arasında diplomatik gərginlik yaranıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Kolumbiyanın Moskavadakı səfirliyinin iki əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Rəsmi Boqotadan bu diplomatların Rusiyanı tərk etməsi tələb edilib. Həmçinin Kolumbiya səfiri Rusiya XİN-ə çağırılıb.

Səbəb kimi Kolumbiya tərəfinin analoji addımı atdığı göstərilib. Bu cür halların Rusiya-Kolumbiya münasibətlərinə xələl gətirəcəyi bildirilib.

Qeyd edək ki, Kolumbiya dünən iki rus diplomatını ölkə ərazisində uyğunsuz fəaliyyətlər ittihamı ilə "arzuolunmaz şəxs" elan edib ölkədən çıxmalarını tələb etmişdi.