Hindistanda ekoloji problemlər və çirkli hava 1 il ərzində 1.7 milyon insanın həyatını itirməsinə səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Tibbi Araşdırmalar İnstitutut hesabat hazırlayıb. Dünyadakı 30 ən çirkli şəhərdən 21-nin Hindistanda olduğu bildirilib. Bu səbəblə bir il ərzində təxminən 1.7 milyon insan həyatını itirib. Ölkə iqtisadiyyatı 36.8 milyard dollar itkiyə məruz qalıb.
Ekoloji problemlərin həll edilməməsi müxtəlif xəstəliklərin yayılmasına, orta ömür həddinin aşağı düşməsinə, tənəffüs yollarının zədələnməsinə səbəb olur. Həmçinin xarici investisiyaları, kənd təsərrüfatında məhsuldarlığı aşağı salır. Daha çox köhnə çirkli və ağır sənaye sahələrinin yerləşdiyi şəhərlərdə havada zərərli hissəciklərin yayılması müşahidə olunur.
Hökumət təcili surətdə sənaye sahələrinin daha az tullantı yaradan modern texnoloji üsullara keçidinə çağırılıb.