Android üçün əvəzolunmaz test tətbiqlərindən biri olan AnTuTu ən sürətli smartfonları açıqlayıb. 

Unikal.org xəbər verir ki, siyahıda yer alan telefonların əksəriyyəti Qualcomm Snapdragon 865 ilə təchiz edilib. 2.84 GHz-də işləyən bu səkkiznüvəli prosessora Adreno 650 GPU və Snapdragon X55 modemi daxildir. Ancaq bu yaxınlarda təqdim olunan Kirin 9000 daha ilk sıralarda yer alır. Ümumi siyahı isə aşağıdakı kimidir:

-Huawei Mate 40 Pro;

-Asus ROG Phone 3;

-Oppo Find X2 Pro;

-Vivo iQOO Neo 3;

-Samsung Galaxy Note 20 Ultra 5G;

-Samsung Galaxy Z Fold 2 5G;

-OnePlus 8 Pro;

-Xiaomi Mi 10T Pro 5G;

- OnePlus 8T;

-Xiaomi Black Shark 3.