"Paşinyanın oturub gözləməkdən başqa çarəsi yoxdur".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Boris Rojin səsləndirib. O bildirib ki, hazırda Nikol Paşinyan oturub etirazların öz-özünə səngiməsini gözləyir. Politoloq hesab edir ki, onun bundan başqa çıxış yolu yoxdur.
"Paşinyanın oturub gözləməkdən başqa çarəsi yoxdur. Əslində bu strategiya bəzi hallarda işə yarayır. Belarusda Aleksandr Lukaşenko, Fransada sarıjiletlilərin əlində qalan Emanuel Makron örnəkləri var", - deyə əlavə edən ekspert Paşinyanın bu yolla hakimiyyətini qorumaq şansının az da olsa, mövcud olduğunu qeyd edib. Politoloq hesab edir ki, çıxılmaz vəziyyətdə olan erməni xalqının seçim imkanları məhduddur. Belə ki, Paşinyanı bəyənməsələr də, onun alternativləri olan köhnə komandaya da nifrət bəsləyirlər.
B.Rojin bəyan edib ki, istənilən halda tez seçim etmək lazımdır. Çünki proses uzandıqca nəticələr daha da fəlakətli olacaq.