Türkiyə İranla sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, məqsəd qaçaq sərhəd keçmə hallarını sıfra endirməkdir. Hakkari bölgəsində terrorçuların sərhədpozucu fəaliyyəti daha çox müşahidə olunduğundan burada təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılacaq.
Belə ki, Hakkaridə İranla sərhədlərin modulyar beton bəndlərlə tam divarlaşdırılması işlərinə başlanılıb. 43 kilometrlik divarların artıq 11 kilometrlik hissəsi betonlaşdırılıb. Bu sahədə həmçinin texnoloji imkanlardan yararlanılacaq. 24 saat ərzində bütün perimetr boyunca sərhədlər müşahidə altına alınacaq.