Almaniyanın "Lufthansa" hava yolu şirkəti pandemiya səbəbi ilə böyük iqtisadi ziyanla qarşılaşsa da, pilotları işdən çıxarmayacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uçuşlar təxirə salındığı üçün böyük gəlirlərdən məhrum qalan şirkət pilotların həmkarlar ittifaqı ilə maliyyə resurslarına qənaətlə bağlı razılığa gəlib.
Bu yolla işçilərin 2022-ci ilin martınadək iş yerini itirməmələri təmin olunub. 450 milyon avroluq qənaətə razılaşan həmkarlar ittifaqı bu yolla 5 000-ə yaxın pilotun işini itirməsini əngəllədiklərini bildirib. Bu pilotlarla əmək müqaviləsinin vaxtı uzadılıb.