Ermənistanda davam edən etirazlar zamanı yeni tələb irəli sürülüb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, yeni tələb prezident səlahiyyətlərinin artırılması ilə bağlıdır. Belə ki, dövlətin başçısı qismində baş nazir Nikol Paşinyanın yox, prezident Armen Sarkisyanın çıxış etməsi tələb olunur. Bunun üçün isə konstitusiya dəyişikliklərinə və referenduma getmək lazımdır.
Qeyd edək ki, bu tələb bir müddətdir Ermənistanın müxalif siyasi dairələr və prezidentə yaxın qüvvələr tərəfindən təklif kimi ictimai müzakirəyə buraxılmışdı. Müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan da belə bir təklif irəli sürmüşdü.