Avropa İttifaqı Türkiyəyə yardım proqramını uzadıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, yardım proqramı 2022-ci ilədək uzadılıb. Türkiyənin 4 milyondan çox suriyalı qaçqına ev sahibliyi etdiyi, bunların 70 faizinin uşaq və qadın olduğu qərarda vurğulanıb. 700 min uşağın təhsili də Türkiyənin üzərinə düşüb.
Qeyd edək ki, razılaşmalara görə iki mərhələdə 3 milyard avro olmaqla, Avropa İttifaqı Türkiyəyə qaçqınlara görə 6 milyard avro yardım ödəməyi öhdəsinə götürmüşdü.