Türkiyədə son sutka ərzində 259 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə 3191 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 18 861, virusa yoluxanlar isə 2 082 610 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 901 307 pasiyent (son sutkada 34 492 nəfər) sağalaraq evə buraxılıb.