Qəbələ sakinlərində müvafiq sənədləri olmayan silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri - H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.