Ermənistan mətbuatında hakimiyyətin iqtidarını qoruması üçün hərbi vəziyyəti uzadacağı və məhdudiyyətlər tətbiq edəcəyi haqqında yazılar dərc olunur.

Unikal.org xəbər verir ki, bu barədə daha bir yazı "Past" qəzetində dərc edilib. Qəzet hakimiyyətin hərbi vəziyyəti fevralın sonunadək uzatmaq niyyəti olduğunu yazıb. Müxalifətin parlamentdə hərbi vəziyyətin ləğvi ilə bağlı qaldırdığı tələblər hakim fraksiya tərəfindən səs çoxluğu ilə gündəlikdən çıxarılır. Hakimiyyətin bu yolla vaxt udmaq istədiyi bildirilir.

Müxalifət isə dayanmadan, demək olar parlamentin hər iclasında hərbi vəziyyətin ləğvini müzakirə tələbi səsləndirir. Müharibə bitdiyinə görə ölkənin bu formada idarə olunmasına əsas olmadığı bəyan edilir. Siyasi gərginlik davam etməkdədir.