"Paşinyanın yeri həbsxanadır".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İrəvandakı hökumət binasının önündə keçirilən aksiyada birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan səsləndirib.
"Paşinyanın yeri həbsxanadır. O, cinayətkardır. Əgər yüz minlərlə insanlar evlərində oturmasaydılar, aksiyalara gəlsəydilər, onun məsələsi həll olunmuşdu. Biz onu artıq həbsxanaya göndərmişdik", - deyə Vazgen Manukyan bəyan edib.
Manukyan həmçinin qeyd edib ki, onların mübarizəsi neçə insanın iştirak etməsindən asılı olmayaraq sona qədər davam edəcək.