Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Ümummilli Koalisiyasının başçısı Nasir Həriri Əsəd rejiminin İdlib vilayətinə silahlı hücumda qərarlı olduğunu bildirib.
Unikal.org xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyinə açıqlama verən Həriri öncəliklərinin bölgənin Əsəd rejiminin əlinə keçməsini əngəllənmək olduğunu bəyan edib.
"Rejim və müttəfiqləri terrorla mübarizə bəhanəsi ilə İdlibdə hərbi əməliyyat keçirməkdə israr edirlər. Bunun İdlibi ələ keçirmək üçün olduğu barədə şübhəmiz yoxdur. Əsəd rejiminin bu hədəfi 2021-ci ildə qarşılaşacağımız ən böyük çətinlikdir. İdlibin rejimin əlinə keçməməsi bizim üçün prioritet təşkil edir", - deyə Həriri əlavə edib.