Mərkəzi Afrika Respublikasında (MAR) kütləvi iğtişaşlar başlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 27 dekabr tarixində keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi ölkədə güc strukturları ilə üsyançı qruplar arasında şiddətli toqquşmalar meydana gəlib. Üsyançılar Bossembl və Yaloke şəhərlərində nəzarəti ələ keçirib. Onların paytaxta doğru istiqamət götürdüyü bildirilir.
Ruanda və Rusiyanın ölkəyə hərbi kontingent yolladığı və siyasi proseslərə müdaxilə etmək istədikləri ilə bağlı məlumatlar yayılıb. BMT tərəfləri sükunətə çağırıb.