Ermənistanda etirazçılara qarşı kütləvi həbslər başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt İrəvandakı Respublika meydanında təşkil edilən mitinq zamanı polislər baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirən vətəndaşları naməlum istiqamətdə aparıblar.

Onların arasında Ermənistanın "qəhrəmanlarından" sayılan Şaqen Mehranyanın oğlu Zinavor Mehranyan da olub .Həmçinin, polislər meydana gələn general Yuri Xaçaturovun oğlu İqor Xaçaturovu da saxlayıblar.