İsrailin baş naziri Beynamin Netanyahunun reytinqi azalmaqdadır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, erkən parlament seçkiləri ərəfəsində keçirilən sosioloji sorğuların nəticəsi bunu göstərir. Baş nazirin rəhbəri olduğu Likud Partiyasının da reytinqinin azaldığı müəyyən olunub.
Hazırda 35 mandatla qanunverici orqanda təmsil olunan partiyanın növbəti seçkilərdə üstünlüyü qorusa da, Knessetdə 25 kürsü ilə kifayətlənməli olacağı proqnozlaşdırılır. Partiyadan ayrılmış Gideon Saarın Netanyahunun əsas rəqibi olacağı bildirilir. Saar Yeni Ümid Partiyasını yaradarıb. Bu partiyanın seçkilərdə ikinci yeri tutaraq 22 kürsüyə yiyələnəcəyi ehtimal edilir. Netanyahunun tərəfdarı olan bir neçə nüfuzlu partiya funksionerinin də Likuddan istefa verərək Yeni Ümid Partiyasına keçdiyi bildirilir. Bu şəraitdə koalision hökumət qurulması versiyasının ağrılı olacağı gözlənilir.