2017-ci ildən başlanan qlobal istiləşmə səbəbiylə Antarktidadan ayrılan dünyanın ən böyük üzən aysberqi parçalanmağa davam edir.
Unikal.org xəbər verir ki, son parçalanmadan sonra ərazisinin yarısından çoxunu itirib. Bununla yanaşı elm adamları, milyonlarla pinqvin, dəniz quşu və mavi balinanın olduğu Britaniyanın Cənubi Georgia adasının cənub-şərqində cərəyanlarda gəzən buzdağlarından narahatdır.
Belə ki, alimlər, okean axınlarının və küləklərin buzdaqlarını sürükləyə və adanın ətrafındakı qayalıqlarda sıxışa biləcəyindən qorxurlar. Və bu səbəbdən heyvanlar qida mənbələrinə çata bilməyəcəklər.