Bir milyondan çox ABŞ vətəndaşı "BioNTech", "Moderna" və "Pfizer" şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndilərini tətbiq ediblər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərin müayinə olunması və qarşısının alınması mərkəzi hesabat yayıb.
Belə ki, artıq 1 008 025 nəfər koronavirusa qarşı peyvənd olunub. ABŞ bu “kiçik, lakin vacib mərhələ"ni 10 gün ərzində qət edib.