Ermənistanda bir qrup etirazçı hökumət binasının önündən Baş Prokurorluğa doğru istiqamət götürüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, burada aksiya keçirən etirazçılara müxalif Daşnaksütun Partiyasının funksioneri Qeqam Manukyan başçılıq edib. O çıxış edərək baş prokurorun da tezliklə məsuliyyətə cəlb olunacağını bildirib.

"Keçmiş hakimiyyət zamanından bu vəzifəni tutan baş prokuror məmnuniyyətlə indiki hakimiyyətə xidmət edir. Bu hakimiyyətə xidmət edən hər kəs cinayətkardır. Qanunsuz əməllərinə görə baş prokuror da cavab verəcək", - deyə Manukyan bəyan edib.

O, buradan yenidən hökumət binasına önünə qayıdacaqlarını və meydanda oturaq aksiyaya başlayacaqlarını elan edib. Sona qədər gecə-gündüz Paşinyanın hakimiyyətdən getməsi üçün mübarizə aparacaqlarını açıqlayıb.