Efiopiyada dinc əhalinin qətlə yetirildiyi bölgəyə ordu yeridilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abey Əhməd məlumat verib. Üsyançı silahlı qruplaşmaların hücum etdiyi yaşayış məntəqələrinə hərbi qüvvə yeridilib.
Efiopiyanın qərbindəki Benşanqul regionunda müvəqqəti olaraq nəzarəti ələ keçirən müxtəlif qanunsuz silahlı birləşmələr dinc əhaliyə qarşı qırğın törətmişdi. Hazırda mərkəzi hökumət regionu bu qruplaşmalardan təmizləyir.