Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş dekabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək. Görüşdə ikitərəfli münasibətlər və digər mövzular müzakirə olunacaq. Əlavə məlumat verilməyib.