Aralıq dənizində qaçqınları daşıyan gəmi batıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tunis sahillərində baş verib. Göyərtəsində Orta Afrika regionundan olan 40-dan çox qaçqını daşıyan gəmi sulara qərq olub.
Tunisin sahil-mühafizə xidmətinin xilasediciləri 20 qaçqının cəsədini sudan çıxarıb. Həmçinin 5 qaçqının həyatı qurtarılıb. Qaçqınların qaçaq yolla, ekstremal metodlarla Avropaya keçmək istədiyi məlum olub. Lakin gəmidəki texniki nasazlıq və yüklənmə, həmçinin əlverişsiz hava şəraiti gəminin batmasına səbəb olub.