Moldovanın yeni prezidenti Maya Sandu and içərək vəzifəsinin icrasına başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Respublika Sarayında deputatlar, Konstitusiya Məhkəməsinin üzvləri və əcnəbi diplomatların iştirak etdiyi təntənəli mərasim zamanı yeni dövlət başçısı Konstitusiyaya əl basaraq and içib.

Daha sonra M.Sandu əvvəlki hökumətin istefasından sonra müvəqqəti hökumət təşkil edilmədən erkən parlament seçkilərinin keçirilməsini lazım bilib.