Almaniyanın Köln şəhərində polis müsəlman qadını yerə yıxaraq qandallayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb kimi qadının maska taxmaması göstərilib. Qadın ağlayaraq çığırmağa və ətrafdakı insanları köməyə çağırmağa başlayıb. 7 polisdən ibarət qrupdan 2 polis nəfəri ayağı ilə qadını yerə basıb və zorakılıq göstərib.

Küçədən keçən insanlar polislərə etiraz etsə də, polis qanunu pozduğuna görə qadını cəzalandırdığını bildirib və burada anormal bir şey olmadığını söyləyib. Qadının İslam dinini qəbul etmiş alman olduğu üzə çıxıb. O, polisləri məhkəməyə verəcəyini bildirib.