"Koronavirus pandemiyası dünyada 10 il qalacaq"
Unikal.org xəbər verir ki, bunu dünyada COVID-19 virusuna qarşı qəbul edilmiş peyvəndin yaradıcısı, Almaniyanın "BioNTech" şirkətinin prezidenti Uğur Şahin deyib.
"Virus bizimlə 10 il qalacaq. Biz buna öyrəşməliyik", - deyə U.Şahin xəbərdarlıq edib.
Onun fikrincə, normal vəziyyət ölkələrin karantinə alınmalı olduğu anlamına gəlməyəcək.
Bundan əlavə, şirkət rəhbəri bildirib ki, qışda koronavirusa yoluxma sayına müdaxilə etmək mümkün olmayacaq. Ancaq gələn il vəziyyəti düzəltmək üçün səyləri birləşdirmək lazımdır.
"Virus daha intensiv yayılmağa başlayarsa, həyatı normallaşdırmaq üçün daha yüksək peyvənd qəbuluna ehtiyac ola bilər".