Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Moskvada son sutka ərzində 74 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Bununla paytaxtda pandemiya qurbanlarının sayı 10 763 nəfərə çatıb.

Moskvada indiyədək 764 789 yoluxma halı qeydə alınıb, 588 280 pasiyent xəstəlikdən sağalıb.