Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 79 milyon 734 min 164 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 749 min 528 nəfərdir. İndiyədək 56 milyon 129 min 783 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 662 825 nəfər koronavirusa yoluxub, 13 061 pasiyent dünyasını dəyişib.