Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin həbsi ilə bağlı yeniliklər ortaya çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin 2013-2019-cu illərdə öz tərəfdarları üçün təşkil olunmuş ziyafətlərin xərcini dövlət büdcəsi hesabına qarşıladığı məlum olub.
Ümumilikdə 222 000 ABŞ dolları həcmində büdcə vəsaitinin mənimsənməsi ilə bağlı cinayət işi açılıb. Şinzo Abe günahını qəbul edib və yapon xalqından üzr istədiyini açıqlayıb. İctimaiyyətin etimadını yenidən qazanmağa çalışacağını bildirib.
Bundan sonra baş nazir yox, onun bir neçə katibi və köməkçisi məsuliyyətə cəlb olunub. Şinzo Abe həbs olunmayacaq.