Afrikanın Albert gölü sahillərində gəmi batıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 33 insan həyatını itirib.
Uqandadan Konqo Demokratiik Respublikasına qanunsuz yolla keçməyə çalışan qaçqınları daşıyan gəminin suya qərq olmasından sonra 7 insanın da həyatı xilas edilib. COVID-19-la mübarizədə məhdudlaşdırma tədbirlərinə görə sərhədlər bağlı olduğundan, insanlar bu yolla səfər ediblər.