Ermənistanda müxalif Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan həbs olunub.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir Xüsusi İstintaq Komitəsi tərəfindən istintaqa cəlb olunmuş müxalifət lideri məhkəmə qarşısına çıxarılıb.
İstintaq nəticəsində publik çıxışlarında baş nazir Nikol Paşinyana sui-qəsd çağırışları etdiyi təsbit edilmiş partiya sədrinin əməllərində cinayət tərkibi aşkar olunduğu bildirilib. Məhkəmə Qarnik İsaqulyanın azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasına qərar verib. Oxunan hökmdən narazı qalan partiya sədri mühakiməni siyasi motivli addım kimi qiymətləndirib.