Dünya əhalisinin 90 faizi vaksinasiyadan keçməlidir.
Unikal.org xəbər verir ki, "New York Times" nəşri bu barədə araşdırma dərc edib.
Yoluxuculuq səviyyəsinə uyğun olaraq virusla mübarizənin effektivliyi naminə dünya əhalisinin minimum 90 faizi vaksinasiyadan keçməlidir. İlkin araşdırmalarda ümumi immunitet yaranması üçün bu rəqəmin 70 faiz olması kifayət edirdisə, hazırda virusun viral qabiliyyəti - yoluxuculuğu artdığı üçün bu rəqəm də artıb.
Qeyd edilib ki, ABŞ-da artıq 1 milyondan çox insan vaksin olunsa da, bu rəqəm 310 milyondan çox əhalisi olan ölkə üçün təsirsiz dərəcədə kiçikdir.