Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 881 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 218 724, ölənlərin sayı isə 2 313 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 196 220 nəfərin sağaldığı bildirilir.