Ukraynanın Donbas regionunda yenidən gərginlik yaşanıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə separatçı "Donetsk Xalq Respublikası"nın rəsmiləri məlumat verib.

Bildirilib ki, Ukraynanın təhlükəsizlik qüvvələri separatçı quruma cənub istiqamətindən minaatanlarla zərbələr endirib. Vodyane və Novaya Tavriya yaşayış məntəqələri ətrafında gərginliyin daha da artdığı qeyd olunub.