Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyasına dekabrın 27-də start veriləcək.
Unikal.org xəbər verir ki, Avstriyaya "Pfizer/BioNTech" vaksinin ilk tranşı on min doza olmaqla dekabrın 26-da gətirilməli və dekabrın 27-də Vyana Tibb Universitetində ilk pasiyentə peyvənd vurulmalıdır. Gələn ilin martına kimi isə ölkəyə ümumilikdə yarım milyon doza vaksin gətirilməlidir.