Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də saat 1 radələrində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
H.Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.