Almaniya haqqında həbs qərarı çıxarılmış jurnalist Can Dündarı Türkiyəyə təhvil verməkdən imtina edib.

Unikal.org xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən "Deutsche Welle Turkish"ə bildiriblər. Qeyd olunub ki, Almaniya tərəfi jurnalisti Türkiyəyə ekstradisiya etməyəcək.

Xatırladaq ki, Türkiyədə məhkəmə tərəfindən jurnalist Can Dündar haqqında terror təşkilatına yardım, siyasi və hərbi casusluq maddələri ilə 27.5 illik həbs qərarı verilib.