ABŞ-ın Kaliforniya ştatında xəstəxanaların birində qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, eyni otaqda yerləşdirilən 82 və 37 yaşlı koronavirus xəstələri arasında düşən qalmaqal ölümlə nəticələnib.
Belə ki, cinayətində günahlandırılan 37 yaşlı Jesse Martinezin otaq yoldaşı 82 yaşlı şəxsin namaz qılmağa başladığı görüb. Buna əsəbləşən Jesse ona namazı dayandırmağı tələb edib. Yaşlı şəxs in namaza davam etməsini görən Jesse ona oksigen balonu ilə arxadan zərbə endirib. 82 yaşlı şəxs aldığı zərbədən yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Faktla bağlı araşdırma davam edir.