Rusiyanın “Vedomosti” nəşri 6 nominasiya üzrə ilin şəxsiyyətləri üzrə səsvermə keçirib.
Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oxucular tərəfindən “İlin siyasətçisi” nominasiyasına layiq görülüb.
“Azərbaycan Prezidenti ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region standartlarına görə isə mütləq bir zəfər çalan yeganə lider adlandırıla bilər”,- deyə nəşr qeyd edib.
Namizədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Belarus Prezidenti Aleksandr Lukaşenko və ABŞ Prezidenti Co Bayden kimi siyasətçilər yer alıb.
Müxtəlif sahələrdə ilin şəxsiyyətlərinin seçilməsi 6 nominasiya (“İlin siyasətçisi”, “İlin biznesmeni”, “İlin peşəkarı, “İlin özəl şəxsi”, “İlin müəmması”, “İlin mədəniyyət qəhrəmanı”) üzrə aparılıb.