Nigeriyada koronavirusun ehtimal olunan yeni variantının ortaya çıxdığı açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə “Associated Press” Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinın (CDC) məlumatına istinadla xəbər yayıb.
“Koronavirusun Nigeriyada müşahidə etdiyimiz yeni mutasiyası hələ də məhdud miqdarda məlumatlara əsaslanır. Görünən budur ki, bu yeni növ, Britaniya və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Nigeriyadakı tədqiqatı genişləndirməliyik”, - deyə məlumatda qeyd edilir.