Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikada ilin adamı seçilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Seneqalda fəaliyyət göstərən mərkəz tərəfindən aparılmış sorğu nəticəsində Türkiyə prezidenti "ilin adamı" adına layiq görülüb. Mərkəzin rəsmisi İslamı müdafiə etdiyinə görə Ərdoğanın bu regionda sevildiyini bildirib.
"Dünyada İslam dinini Ərdoğan kimi açıqca müdafiə edən liderə nadir rast gəlmək olar. İslam peyğəmbəri Məhəmmədin karikaturası olayında cəsarəti, zülmə uğramış toplumlara verdiyi dəstək, dünyanın hər yerindən İslamofobiya ilə mübarizəsi bu seçimdə həlledici oldu", - deyə əlavə edib.
Ərdoğanın ölkəsi ilə qurduğu münasibətləri dəyərləndirən seneqallı bunu yüksək qiymətləndirib. Tarix boyu xarici ölkələrin yalnız müstəmləkəçi kimi münasibət qurmağa çalışdığını, Türkiyənin isə insani münasibətlər qurduğunu söyləyib.