Avropa İttifaqı və Böyük Britaniya uzun sürən danışıqlardan sonra razılığa gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Brexit"lə bağlı razılaşmanın ümumi mətni 2 000 səhifədən ibarətdir və mətbuata tam təqdim edilməyib.
Bununla belə önəmli məqamlar ictimaiyyətə açıqlanıb. 1 yanvar 2021-ci ildən 747 milyard avroluq ticarət anlaşması qüvvəyə minəcək. Ticarətin gömrüksüz və kəsintisiz davam etməsi haqqında razılıq əldə olunub. Balıqçılıq sahəsində isə Böyük Britaniyanın öz sularında kvotası 50 faizdən 75 faizə qalxıb. Geri qalan 25 faizlik hissə isə tədricən Avropa Birliyindən Britaniyaya keçəcək. İqtisadi dairələrin anlaşmadan məmnun qaldığı deyilir.
Həmçinin Böyük Britaniyanın "Erasmus" mübadilə proqramından çıxacağı anlaşmada əks olunub.