Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni seçilmiş baş katibi Helqa Şmidə zəng edib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu telefon danışığı zamanı xanım Helqa Şmidi baş katib seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.
Qeyd edək ki, 4 dekabr 2020-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş ATƏT-in Nazirlər Şurasının 27-ci toplantısında almaniyalı diplomat Helqa Şmid səs çoxluğu ilə ATƏT-in yeni baş katibi seçilmişdi.