Türkiyədə 3 terrorçu həbs olunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, jandarm qüvvələrinin Osmaniye şəhərində keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb.
Saxlanılanların ərəb əsilli Suriya vətəndaşları olduğu bildirilir. Axtarış zamanı onların evindən xeyli rəqəmsal material götürülüb. Araşdırmalar davam edir.