Rusiyanın Ulyanovsk şəhərində qeyri-adi hadisə baş verib.
Unikal.org xəbər verir ki, zavod tullantılarını təmizləyən işçi zibil qutusunda bağlı torba görüb. Daha sonra ehmalca torbanı açan işçi pişiklə qarşılaşıb.
Ölümdən xilas olan pişik Ulyanovskda daha da məşhurlaşıb. Belə ki, yoxlanışdan keçən pişik Ulyanovsk vilayətinin Ətraf Mühit Nazirliyi tərəfindən qeyri-rəsmi olaraq nazirinin müavini təyin edilib.
Bundan əlavə Ətraf Mühit naziri Gülnara Raxmatulina pişiyə ad vermək üçün bir kampaniya başladıb. Raxmatulina ev heyvanları sahiblərinə müraciət edərək “Heyvan sahiblərinə səslənirəm; Əldə etdiyiniz şeyə görə məsuliyyət daşıdığınızı unutmayın. Ev heyvanınıza baxa bilmirsinizsə, onu həmişə etibarlı əllərdə və ya sığınacaqda tərk edə bilərsiniz", -deyə ifadə edib.
Digər tərəfdən, nazir Raxmatulinanın ofisində olan pişiyin görüntüləri izləmə rekordu qırıb.