Maraqla izlənilən Türkiyənin məşhur "Survivor" proqramının yayım tarixi bəlli olub.

Unikal.org xəbər verir ki, 2021-ci ildə yayımlanacaq yarışma ilk dəfə yanvarın 8-də ekranlara gələcək.

Hazırda yarışa hazırlıqlar davam edir. Yenə də "Survivor"da “Məşhurlar” və “Könüllülər” adlı iki komanda mübarizə aparacaq. Məşhurlar komandasına qatılanlardan indiyə qədər Cemal Hünal və Öykü Demirin adları açıqlanıb. 

Qeyd edək ki, layihə yemək proqramı “MasterChef” bitdikdən sonra başlayacaq.