Ermənistanda müxalif Çiçəklənən Ermənistan Partiyasından deputat seçilmiş Naira Zohrabyan Paşinyan tərəfdarlarını "zibil" adlandırıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Ermənistan parlamentində çaxnaşmaya səbəb olub. Hakim "Mənim addımım" fraksiyasından olan deputatlar insanları təhqir etdiyinə və şərəf və ləyaqətlərini alçaltdığına görə Zohrabyanın cəzalandırılmasını tələb ediblər.
Hazırda onun parlamentin insan haqları daimi komissiyasının rəhbəri postundan kənarlaşdırılması üçün hüquqi prosedurlara başlanıldığ bildirilir.