Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunmayacağını açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

“Səhiyyə nazirinə demişəm ki, mən peyvənd olmayacağam ”, - Lukaşenko deyib.

Qeyd edək ki, Lukaşenkonun iyul ayında koronavirusa yoluxduğu, xəstəliyi simptomsuz keçirdiyi bildirilmişdi.